Yeni mövsümə hazırlığı davam etdirən “Sumqayıt” bu gün ilk yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, Aleksey Baqanın çalışdırdığı kollektiv Premyer Liqanın digər təmsilçisi “Sabah”la üz-üzə gəlib.
Sumqayıtdakı “Kapital Bank Arena”da baş tutan oyunda qapılara üç qol vurulub. Yekunda meydan sahibləri bu oyunda 2:1 hesabı ilə qələbə qazanıblar.
Sumqayıtlıların qollarına Araz Abdullayev və İbrahim Əliyev imza atıb. “Sabah”dan isə Camal Cəfərov fərqlənib.
Aleksey Baqanın rəhbərlik etdiyi komanda hazırlıq prosesinin ilk mərhələsi çərçivəsində növbəti yoxlama oyununu “Kəpəz”ə qarşı keçirəcək. 14 iyula planlaşdırılan qarşılaşma da Sumqayıtda baş tutacaq. “Sabah” isə iyulun 14-də “Bank Respublika Arena”da “Səbail”lə üz-üzə gələcək.
Yoxlama oyunu
9 iyul
Sumqayıt – Sabah 2:1
Qollar: Araz Abdullayev, İbrahim Əliyev – Camal Cəfərov.


