“Sumqayıt” sonuncu sınaq matçında da uduzdu

Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün sonuncu yoxlama oyununu keçirib. Arena.az xəbər verir ki, Aleksey Baqanın çalışdırdığı kollektiv üçüncü sınaq matçında “Şkupi” ilə üz-üzə gəlib

Şimali Makedoniya təmsilçisi ilə oyun Azərbaycan Premyer Liqasının iştirakçısı üçün uğursuz alınıb. Üç qolun qeydə alındığı matç sumqayıtlıların məğlubiyyəti ilə başa çatıb.

“Sumqayıt” buna qədər Antalyada iki yoxlama oyunu keçirmişdi. Sözügedən komanda Almaniyanın “Berliner AK” klubuna 2:5 hesabı ilə uduzub, Polşa “Yagelloniya”sı ilə isə qolsuz heç-heçə etmişdi.

Yoxlama oyunu
22 yanvar

Sumqayıt – Şkupi 1:2

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: