“Sumqayıt” yeni mövsümün hazırlığına başladı

“Sumqayıt” 2021/22 mövsümünün hazırlığına start verib. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda Ayxan Abbasovun rəhbərliyi ilə Sumqayıt şəhər stadionunda məşqlərə başlayıb.

Qeyd edək ki, “Sumqayıt” Azərbaycan Premyer Liqasında geridə qalan mövsümü 3-cü pillədə başa vurub. “Kimyaçılar” Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək. Sözügedən komanda bu turnirin 2-ci təsnifat mərhələsində Serbiyanın “Çukariçki” klubu ilə qarşılaşacaq.

“Sumqayıt”ın “Çukariçki” ilə ilk oyunu iyulun 22-də Serbiyada baş tutacaq. Cavab görüşü isə iyulun 29-da Sumqayıtda keçiriləcək.