“Sumqayıt”la “Səbail”dən 6 qolluq heç-heçə

Futbol üzrə Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Sumqayıt” və “Səbail” komandaları bu gün yoxlama oyununda üz-üzə gəliblər.

Arena.az xəbər verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunun köməkçi meydançasında baş tutub.

Altı qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib. Hesabı 20-ci dəqiqədə Rəhim Sadıxov açıb. 36-cı dəqiqədə Yusif Nəbiyev “Sumqayıt”ın üstünlüyünü daha da artırıb. Nəbiyev fasilədən sonra da sumqayıtlıları sevindirib. İlk yarıda Cavid Tağıyevlə hesab arasındakı fərqi azaldan “Səbail” fasilədən sonra buraxılan qolların əvəzini çıxıb. Beləcə, tərəflər meydanı məhsuldar heç-heçə ilə tərk ediblər.

“Səbail” noyabrın 20-də Azərbaycan Premyer Liqasının 11-ci turunda “Zirə”nin qonağı olacaq. “Sumqayıt” isə noyabrın 21-də səfərdə “Qəbələ” ilə üz-üzə gələcək.

Premyer Liqada bu mövsüm geridə qalan 10 turda 11 xal toplamış sumqayıtlılar beşinci, 9 xalı olan “Səbail” isə yeddinci pillədə qərarlaşıb.

Yoxlama oyunu
13 noyabr

Sumqayıt – Səbail 3:3
Qollar: Rəhim Sadıxov, 20; Yusif Nəbiyev, 36; 55 – Cavid Tağıyev, 42. Rauf Əliyev, 55-pen. Vidadi Cəfərov, 82.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: