Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 3-cü turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Alanyaspor” doğma meydanda “Göztəpə” ilə üz-üzə gəlib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.
Qeyd edək ki, bu turun “Qalatasaray” – “Gaziantep”, “Samsunspor” – “Başakşəhər” və “Trabzonspor” – “Kayserispor” oyunları təxirə salınıb. Buna İstanbul və Trabzon klublarının avrokuboklarda iştirakı səbəb göstərilib. Avrokuboklarda Türkiyəni təmsil edən daha bir komanda – “Beşiktaş” isə bu həftə məcburi istirahət edəcək.
Turun qalan oyunları şənbə və bazar günlərinə təsadüf edəcək.
Türkiyə, Super Liqa
3-cü tur
23 avqust
Alanyaspor – Göztəpə 1:1
Qollar: Y.Özdemir, 48 – Heliton, 45.
24 avqust
20:15. Sivasspor – Eyüpspor
22:45. Bodrumspor – Konyaspor
25 avqust
20:15. Kasımpaşa – Adana Dəmirspor
22:45. Antalyaspor – Hatayspor
22:45. Rizəspor – Fənərbaxça


