Super Liqa: “Qalatasaray” Trabzonda 4 cavabsız qola üzüldü

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 6-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd görüş baş tutub.

Üç qolun qeydə alındığı “Çorum” – “Alanyaspor” matçında qonaqlar qalib gəliblər. “Kocaelispor” evdə “Qaziantep”i 2 cavabsız qolla üstələyibsə, “Başakşəhər” də “Gənclərbirliyi”ni 4 cavabsız qolla yenib.

Turun mərkəzi oyununda isə “Trabzonspor” son çempion “Qalatasaray”ı qəbul edib. İstanbul nəhəngi Trabzonda 4 cavabsız qola üzülüb.

Qeyd edək ki, 6-cı turun qalan görüşləri sentyabrın 20-də keçiriləcək. Bu turdan sonra Super Liqada milli komandaların oyunları ilə əlaqədar fasilə yaranacaq.

Türkiyə, Super Liqa
6-cı tur

18 sentyabr

Kasımpaşa – Konyaspor 0:0

19 sentyabr

Çorum – Alanyaspor 1:2
Kocaelispor – Qaziantep 2:0
Başakşəhər – Gənclərbirliyi 4:0
Trabzonspor – Qalatasaray 4:0

20 sentyabr

18:00. Ərzurumspor – Samsunspor
18:00. Fənərbağça – Eyüpspor
21:00. Amedspor – Beşiktaş
21:00. Göztəpə – Rizəspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: