Sxadadze penalti sindromuna görə təəssüfünü dilə gətirdi

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 21-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşündə qapılara qol vurulmayıb – 0:0.

Kaxaber Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Hər iki komanda yüksək səviyyəli oyun nümayiş etdirdi. Meydanda sürət və mübarizə var idi. Bu mövsüm 3-cü penaltini vura bilmədiyimizə görə təəssüflənirəm. Amma futbolda belə hallar olur. Məşqlərdə bunun üzərində çox işləyirik, lakin oyunda alınmır. Futbolçuların mübarizə aparmasından razı qaldım. Onlara təşəkkür edirəm. Bu cür işləsək, daha çox xallar qazana bilərik.

Qışda heyəti gücləndirdik. Bəzi futbolçular komandaya gec qoşulsa da, adaptasiya olduqlarını düşünürəm. Qış fasiləsindən sonra, müdafiədə daha yaxşı oynayırıq. Həyat özü bir mübarizədir. Biz də bu mübarizəni buraxmamalıyıq və sona qədər əlimizdən gələni etməliyik”.

Xəbəri sosial şəbəkələrdə paylaş: