“Qarabağ”ın prezidenti Tahir Gözəl Avropa Liqasının pley-offunda Lyublyana “Olimpiya”sına qarşı keçirdikləri səfər oyununu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra bunları söyləyib:
“Qarabağ”ımızın bu mövsüm ən həyəcanlı, maraqlı, sürətli oyunlarından biri oldu. 2:0 hesabı böyük üstünlükdür, amma Bakıda azarkeşlərimizin önündə cavab görüşü də var. Çox istəyərdim ki, xalqımız qarşılaşmanı böyük həyəcanla televiziyadan izləsin. Əlbəttə, matçın ölkəmizdə yayımlanmaması məni də üzdü. İnşallah, bu möhtəşəm oyun və mübarizəni Bakıda da görəcəyik. Bu möhtəşəm qüruru hamımız birlikdə yaşayacağıq”.
Qeyde dək ki, Tahir Gözəl komandanın Avropa Liqasının pley-off mərhələsində Çexiya çempionu “Olimpiya” ilə ilk oyununu stadiondan izləyib. O, matçın keçirildiyi Lyublyanadakı “Stojitse” stadionuna baş çəkib.
Klub prezidenti oyundan əvvəl komandanın baş məşqçisi Qurban Qurbanov və futbolçularla görüşüb. O, komandaya dəstəyini nümayiş etdirib, “Qarabağ”ın uğuruna inamını ifadə edib.
Xatırladaq ki, “Qarabağ”la “Olimpiya” arasında cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. İkinci oyuna saat 20:00-da start veriləcək.


