Ağdamın “Qarabağ” klubunun prezidenti Tahir Gözəl bu gün əsas komandanın baş məşqçisi Qurban Qurbanovla görüşüb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Avropa Liqasının pley-off mərhələsinin Portuqaliyanın “Braqa” komandası ilə Bakıda baş tutacaq cavab oyunundan öncə klub prezidenti komandaya dəstək nümayiş etdirib. O, baş məşqçisi Qurban Qurbanovla görüşüb, düşərgədəki son durumla maraqlanıb. Tahir Gözəl bu axşam baş tutacaq oyunda komandaya uğurlar arzulayıb.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Braqa” oyununa saat 21:45-də start veriləcək. Portuqaliyada keçirilmiş ilk görüşdə “Qarabağ” rəqibini 4:2 hesabı ilə məğlub etmişdi.


