Tarmo Kink: “Zirə” ilk oyunda bizdən üstün deyildi”

“Payde”nin baş məşqçisi Tarmo Kink Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”yə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və Estoniya komandaları arasındakı cavab görüşü sabah Sumqayıtda keçiriləcək.

Tarmo Kink cavab görüşündən əvvəl təşkil edilmiş mətbuat konfransında “Zirə”nin ciddi rəqib olduğunu bildirib:

“Qarşıdakı görüşün asan keçəcəyini düşünmürük. Bununla belə, mərhələni uğurla başa vurmaq üçün nə etməli olduğumuzu bilirik. Məqsədimiz meydanda maksimum gücümüzü ortaya qoyaraq növbəti mərhələyə vəsiqə qazanmaqdır. İlk qarşılaşmada rəqibin bizdən üstün çıxış etdiyini söyləmək düzgün olmaz. Əksinə, oyunun böyük hissəsində təşəbbüs bizim tərəfdə idi və rəqibə ciddi təzyiq göstərirdik”.

Qeyd edək ki, sabah “Sumqayıt Arena”da keçiriləcək “Zirə” – “Payde” matçına saat 20:00-da start veriləcək. Bu komandalar arasında Estoniyada baş tutmuş ilk görüşdə rəqib 1:0 hesablı qələbəyə sevinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: