Teylor Harvud-Bellis “Aston Villa”da!

İngiltərə millisinin və “Sauthempton”un mərkəz müdafiəçisi Teylor Harvud-Bellis bundan sonra “Aston Villa”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, “Aston Villa” müdafiəçinin transferini rəsmi saytı vasitəsilə açıqlayıb.

Premyer Liqa təmsilçisi bu transfer üçün qarşı tərəfə 29,2 milyon avro ödəyib. 24 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları barədə məlumat verilməyib.

Harvud-Bellis ötən mövsüm bütün turnirlərdə 48 oyunda iştirak edib. O, bu görüşlərdə 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Müdafiəçinin “Sauthempton”un heyətində ümumi statistikası isə 134 oyun, 12 qol və 7 məhsuldar ötürmədən ibarətdir.

“Mançester Siti” akademiyasının yetirməsi olan Teylor Harvud-Bellis karyerası ərzində icarə əsasında “Bləkbörn Rovers”, “Anderlext”, “Stok Siti” və “Börnli” klublarında da çıxış edib.

“Transfermarkt” portalı futbolçunun hazırkı bazar dəyərini 20 milyon avro qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: