Bu gün Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti vəzifəsinə növbədənkənar seçki təşkil olunub və yeni prezident müəyyənləşib.
Arena.az xəbər verir ki, sözügedən vəzifəyə cəmi 2 namizəd var idi.
Bunlardan biri İbrahim Hacıosmanoğlu idisə, digəri əvvəlki prezident Mehmet Böyükekşi idi.
Seçki nəticəsində daha çox səs toplayan (134) İbrahim Hacıosmanoğlu federasiyanın yeni prezidenti seçilib. O, 2027-ci ilin iyun ayına kimi TFF-nin prezidenti vəzifəsini icra edəcək.
Xatırladaq ki, İbrahim Hacıosmanoğlu 2013-2015-ci illər aralığında Türkiyənin “Trabzonspor” klubunun prezidenti olub.


