“Bayern”in almaniyalı veteran hücumçusu Tomas Müller 2024/2025 mövsümü başa çatdıqdan sonra bu klubdan ayrılacağını açıqlayıb.
Arena.az xəbər verir ki, 35 yaşlı futbolçu bu barədə sosial şəbəkələrdəki hesabları vasitəsilə açıqlama yayıb.
Müller Münhen komandasında çıxışını davam etdirmək istədiyini, lakin klubun müqaviləni yeniləməmək qərarına hörmətlə yanaşdığını bildirib:
“Sevgili “Bayern” ailəsi! Bu gün mənim üçün çox duyğulu bir andır. 25 illik inanılmaz bir səyahətdən sonra klubdan ayrılacağımı açıqlayıram. Burada hər şeyə başladım – uşaqlıq arzularım gerçək oldu, saysız titullar qazandıq və ömürlük dostlar əldə etdim. Bayern həmişə mənim ürəyimdə qalacaq. Hamınıza minnətdarlığımı bildirir, yeni bir fəsil üçün hazırlaşıram. Əbədi “Bayern”li, Müller”.
Tomas Müller “Bayern”in yetirməsidir. Veteran hücumçu 2000-ci ildən Münhen təmsilçisinin düşərgəsindədir və 2009-cu ilin iyulundan klubun əsas komandasında çıxış edir.
Müllerin “Bayern”lə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Komandanın baş məşqçisi
Müller cari mövsümdə “Bayern” üçün bütün yarışlarda 36 oyun keçirib, 5 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.
Ümumilikdə Müllerin “Bayern”in heyətində çıxışının mənzərəsi 743 oyun, 247 qol, 273 məhsuldar ötürmədən ibarətdir.
Tomas Müller 2010-cu ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 131 oyuna 45 qol və 41 məhsuldar ötürmə ilə fərqlənib.
Müllerin zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 12 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub. Veteran hücumçu həmçinin bundestimlə DÇ-1014-ün qalibi adını qazanıb.
“Transfermarkt” internet-portalı 35 yaşlı veteran hücumçunun transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.


