Tomas Müller üçün Olimpiya “qızıl”ı

“Bayern”in alman hücumçusu Tomas Müller 2024-cü il Paris Olimpiya Oyunlarında alman atlı Kristian Kukukun qələbəsinə töhfə verib.

Arena.az məlumat verir ki, Kukuk Çeker (Checker – Dama) adlı atla qalib gəlib.

Bu atın yarışlara hazırlanmasında Müllerin əməyi olub. Müller həyat yoldaşı ilə birlikdə axur işlədir və Çeker də daxil olmaqla bir neçə at sahibidir.

İyulun 27-də başlamış Paris Olimpiadası avqustun 11-dək davam edəcək. Ümumilikdə yarışlarda 329 medal dəsti oynanılacaq. 2024-cü il Yay Olimpiya Oyunlarının proqramına 32 idman növü daxildir.