Toni Kroos Almaniyada özünü təhlükəsiz hiss etmir – Səbəb

Almaniya yığmasının sabiq yarımmüdafiəçisi Toni Kroos vətəni Almaniyada keçiriən AÇ-2024-də özünü təhlükəsiz hiss etməyib.

Arena.az məlumat verir ki, alman futbolçu vətənində təhlükəsizliklə bağlı narahatlıq yaşadığını etiraf edərək, mühacirlərdən də şikayətlənib:

“Mən hələ də Almaniyanın əzəmətli ölkə olduğunu düşünürəm. Biz orada olmağı çox sevirik, amma bu, bəlkə də 10 il əvvəl olduğu Almaniya deyil. Təhlükəsizlik hissi itib. Dəyişmiş məhz budur. Əgər kimsə məndən soruşsa ki, mən qızımı saat 23:00-da hara buraxardım – İspaniyada və ya Almaniyanın böyük şəhərində – bunu İspaniyada, deməyə üstünlük verərdim”, – nüfuzlu alman nəşri “Bild” Kroosdan sitat gətirir.

Keçmiş alman futbolçu həmçinin Almaniyadakı mühacirləridən şikayətçidir:

“Mühacirlər arasında həmişə vicdansız insanların müəyyən faizi var. Onları izdihamdan ayırmasanız, çətin olacaq. Alman cəmiyyəti bu fəsada görə daha çox bölünür”, – Kroos “ZDF” “YouTube” kanalında podkastda vurğulayıb.

Xatırladaq ki, Almaniya Avropa çempionatının (AÇ-2024) ev sahibidir. Mötəbər yarış iyunun 14-də başlayıb və bir ay davam edərək, iyulun 14-də başa çatacaq.

Daha əvvəl Toni Kroos vətəni Almaniyada keçirilən 2024-cü il Avropa çempionatından sonra peşəkar futbolçu karyerasını başa vuracağını açıqlamışdı.

AÇ-2024-ün 1/4 finalında bundestim İspaniya yığmasına əlavə vaxtda 1:2 (əsas vaxt 1:1) hesabı ilə məğlub olaraq, ev sahibi olduğu AÇ-2024 ilə vidalaşıb. Toni Kroos bütün oyunu meydanda keçirib və bu acı məğlubiyəytlə də futboldan ayrılıb.

Buna qədər isə alman yarımmüdafiəçi “Real”la 2023/2024-cü il Çempionalar Liqasının qalibi olduğu, Dortmund “Borussiya”sı ilə möhtəşəm final oyunundan (2:0) sonra vidalaşmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: