“Tottenhem” evdə, “Liverpul” səfərdə qələbə qazandı

Futbol üzrə İngiltərə Premyer Liqasında 36-cı tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

“Liverpul” Premyer Liqanı tərk edəcəyi dəqiqləşən “Vest Bromviç”lə qarşılaşıb və son dəqiqələrdə qapıçısı Alissonun vurduğu qol sayəsində çətin qələbəyə sevinib.

“Tottenhem” doğma meydanda “Vulverhempton”la qarşılaşıb. London təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

Turun son matçında Karlo Ançelottinin rəhbərlik etdiyi “Everton” doğma meydanda autsayder “Şeffild Yunayted”in müqavimətini qırmağa çalışıb. Amma meydan sahibləri bu görüşdə gözlənilməz məğlubiyyətlə üzləşiblər.

İngiltərə Premyer Liqası
36-cı tur
11 may

Mançester Yunayted – Lester Siti 1:2
Qol: Qrinvud, 15 – Tomas, 10. Ç.Söyüncü, 66.

12 may

Çelsi – Arsenal 0:1
Qol: Smit Rou, 16.

14 may

Nyukasl – Mançester Siti 3:4
Qol: Kraft, 25. Joelinton, 45+6-pen. Uillok, 62 – Kanselo, 39. Torres, 42; 64; 66.

15 may

Bernli – Lids 0:4
Qol: Klix, 44. Harrison, 59. Rodriqo, 77; 79.

Sauthempton – Fulhem 3:1
Qol: Adams, 27. Tella, 60. Uolkott, 82 – Karvalyo, 75.

Brayton – Vest Hem 1:1
Qol: Uelbek, 84 – Benrahma, 87.

16 may

Kristal Pelas – Aston Villa 3:2
Qol: Benteke, 32. Zaha, 75. Mitçell, 84 – Makqinn, 17. El-Qazi, 34.


Tottenhem – Vulverhempton 2:0
Qol: Keyn, 45. Hoybyerq, 62.


Vest Bromviç – Liverpul 1:2
Qol: Robson-Kanu, 15 – Salah, 33. Alisson, 90+5.


Everton – Şeffild Yunayted 0:1
Qol: Jebbison, 7.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: