“Tottenhem” İngiltərə Premyer Liqasında mövsümün ilk 4 turunda qol vura bilməyərək klub tarixinin antirekordunu müəyyənləşdirib.
Arena.az xəbər verir ki, London təmsilçisi ölkə çempionatının 2026/2027-ci illər mövsümünün 4-cü turunda “Everton”la qarşılaşıb.
Görüş qolsuz heç-heçə ilə başa çatıb – 0:0. Beləliklə, paytaxt təmsilçisi çempionatın startından etibarən keçirdiyi dörd oyunun heç birində rəqib qapısına yol tapa bilməyib. Bu göstərici klub tarixində ən pis nəticədir.
Xatırladaq ki, “Tottenhem” əvvəlki turlarda “Brentford”a 0:3, “Nyukasl”a 0:2 hesabı ilə uduzub, “Nottingem Forest”lə isə 0:0 hesablı heç-heçə edib.
Dörd turdan sonra Roberto De Zerbinin baş məşqçisi olduğu komanda Premyer Liqanın turnir cədvəlində 2 xalla 17-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, London təmsilçisi ötən mövsüm də bərbad çıxışı ilə diqqət mərkəzindəydi. Elitadakı yerini çətinliklə qorumuş klub bu yay transferlərə ciddi məbləğdə vəsait xərcləyib. Amma görünən odur ki, komandanın nəticələrində dəyişən bir şey yoxdur.


