“Traktor” tarixi mövsümü inamlı qələbə ilə tamamladı

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2024/2025 mövsümündə sonuncu matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 30-cu tur çərçivəsində “İstiqlal”la qarşılaşıb.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” yekunda 3:1 hesablı qələbəyə seviniblər. Qonaqların heyətində Əmirhüseyn Hüseynzadə dubla imza atıb (4-cü və 80-ci dəqiqələrdə), digər qolu Rikardo Alves (14-cü dəqiqə) vurub.

Beləliklə, sona iki qalmış tarixində ilk çempionluğunu rəsmiləşdirmiş “Traktor” mövsümü 30 oyuna topladığı 68 xalla 16 iştirakçı arasında birinci pillədə başa vurub.

Cənubi Azərbaycan təmsilçisi 30 oyunda 21 qələbə qazanıb, 5 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Təbriz klubunun top fərqi isə belədir – 57:19.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: