Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Təbriz klubu 2-ci tur çərçivəsində “Zobahan”la qarşılaşıb.
Məşhur Qurban Berdıyevin çalışdırdığı komanda bu rəqiblə doğma meydanda qarşılaşıb. Yeni mövsümün ilk turunda “Gol Gohar”a 1:2 hesabıyla uduzmuş “traktorçular” bu dəfə də qələbə qazana bilməyiblər. Matç 1:1 hesabıyla başa çatıb.
İki turdan sonra 1 xala malik “Traktor” 16 iştirakçı arasında 13-cüdür. Təbriz təmsilçisi növbəti matçını avqustun 26-da səfərdə “Fulad”a qarşı keçirəcək.


