“Liverpul”un vitse-kapitanı Trent Aleksander-Arnold mərkəz və ya dayaq yarımmüdafiəçisi mövqeyinə keçmək istəyib-istəmədiyini açıqlayıb.
Arena.az xəbər verir ki, əslində sağ cinah müdafiəçisi olan ingilis futbolçu bu barədə sualı belə cavablandırıb:
“Buna həmişə məşqçi qərar verir. Oyunun əvvəlindən yarımmüdafiəçi oynamağımın və ya oyun zamanı mövqeyimi dəyişməyimin mənim üçün fərqi yoxdur. Mən sadəcə oynamaq istəyirəm”, deyə Aleksander-Arnold vurğulayıb.
Trent Aleksander-Arnold “Liverpul”un öz yetirməsidir və 2016-cı ilin iyulundan “qırmızılar”ın əsas komandasında çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Aleksander-Arnold “qırmızılar”ın heyətində bütün yarışlarda 29 oyuna çıxıb, 2 qol vurub, 10 məhsuldar ötürmə verib. Bütövlükdə isə o, bu komandada 302 oyuna 18 qol vurub, 82 assistlə yadda qalıb.
Aleksander-Arnold “Liverpul”la İngiltərə Premyer Liqasını (2019/2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2020) qazanıb.
Trent 2018-ci ilin iyununda debüt etdiyi İngiltərə yığmasının heyətində 23 oyuna çıxıb, 2 qol vurub, 5 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 25 yaşlı nüdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.