Tresor Mossi Mavritaniya ilə oyuna dəvət aldı

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt”ın dayaq yarımmüdafiəçisi Tresor Mossi Burundi yığmasına dəvət alıb.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Burundi yığmasını gələn ay iki yoxlama oyunu gözləyir. Mossinin komandası iyunun 9-da Qvineya Bisau yığması ilə sınaq matçına çıxacaq. Ayın 10-da isə Mavritaniya ilə yoxlama görüşü nəzərdə tutulub.

Tresor Mossi 2023-cü ilin avqust ayından “Sumqayıt”da çıxış edir. 23 yaşlı dayaq yarımmüdafiəçisinin bu klubla 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var. O, Azərbaycan klubunun heyətində indiyə qədər 67 oyuna keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.

Mossi ölkəsinin “Egl Nuar” klubunun yetirməsidir. O, 2021-ci ilin iyul ayında “Vesterlo”ya keçsə də, bu klubun əsas komandasında rəsmi matça çıxmayıb. Bu üzdən də gənc yarımmüdafiəçi bir mövsüm Lüksemburqun “Keryenq” klubunda icarədə olub.

Tresor 2020-ci ilin yanvar ayında debüt etdiyi Burundu yığmasında 1 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: