Treyvon Fuller “Şəfa”da!

Gürcüstanın “Dila” klubunun kanadalı cinah hücumçusu Treyvon Fuller bundan sonra “Şəfa” komandasının uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Treyvon Fuller son olaraq Gürcüstanın “Dila” (Qori) komandasında çıxış edib. O, bu ilin yanvarından formasını geyindiyi bu komandada 13 oyuna 1 qol və 1 assist müəllifi olub.

Fuller karyerası ərzində Portuqaliyanın “Tondela”, “Leyşoynş” və “Kovilya” klublarının da formasını geyinib.

“Şəfa” daha öncə Rauf Hüseynli, Nicat Mehbalıyev, Arsen Ağcabəyov, Murad Musayev, Məmməd Hüseynov, Vlad Pop, Andrey Draqu, Dilan Mertens, Mussa Quel, Fərid Yusifli və Maudo Jarjueni də heyətinə qatmışdı. Tərlan Quliyev, Elnur Cəfərov, Ramin Nəsirli və Nahid Əliyevlə yeni müqavilə bağlamış klub Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Novruz Məmmədov, Aqşin Paşayev, Ürfan İsmayılov, Rəvan Kazımov, Vüqar Həsənov və Ruslan Hacıyevlə də yollarını ayırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: