“Turan Tovuz” “Gənclərbirliyi”nə 4 cavabsız qolla qalib gəldi

Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışını davam etdirən “Turan Tovuz” bu gün növbəti yoxlama matçında qüvvəsini sınayıb.

Arena.az xəbər verir ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komanda yerli “Gənclərbirliyi” kollektivi ilə üz-üzə gəlib.

Tovuz təmsilçisi bu oyunda 4:0 hesablı qələbəyə sevinib. Azərbaycan komandasının qollarını Dioqo Balau, İbrahima Vadji, Alexandro Serrano və Faiq Hacıyev vurublar.

Xatırladaq ki, “Turan Tovuz” Ankaradakı hazırlıq çərçivəsində daha öncə yerli “Iğdır”la yoxlama matçından da 1:0 hesablı qələbə ilə ayrılmışdı. İranın U-21 yığması və Türkiyənin Birinci Liqa təmsilçisi “Fatih Karagümrük”lə sınaq matçlarında isə qalib müəyyənləşməmişdi. Hər iki oyun 1:1 hesabı ilə başa çatmışdı.

Tovuz təmsilçisi Azərbaycan Premyer Liqasının yeni mövsümünün ilk turunda “Qəbələ” ilə qarşılaşacaq. Bu oyun avqustun 14-də Tovuzda keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: