Bu gün keçirilmiş bir oyunla futbol üzrə Türkiyə Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinə start verilib.
Arena.az xəbər verir ki, ilk finalçının adına “Konyaspor” – “Qalatasaray” matçında aydınlıq gəlib.
Altı qolun qeydə alındığı bu oyunda “Qalatasaray” darmadağına sevinməklə finala yüksəlib.
Türkiyə Kubokunda digər finalçı aprelin 24-də keçiriləcək “Trabzonspor” – “Göztəpə” matçında müəyyənləşəcək.
Türkiyə Kubokunun cari mövsümünün qalibi isə mayın 14-də keçiriləcək final qarşılaşmasında müəyyənləşəcək.
Türkiyə Kuboku
Yarımfinal
22 aprel
Konyaspor – Qalatasaray 1:5
Qollar: Pedrinyo, 53 – Osimhen, 26. L.Torreyra, 42. Sallai, 47; 55. Y.Demir, 90+1.
24 aprel
21:30. Trabzonspor – Göztəpə


