“Bayern”in baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 1/8 final mərhələsində “Latsio” ilə cavab oyununda komandasının hədəfini açıqlayıb.
Arena.az xatırladır ki, ilk oyunda münhenlilər Roma səfərində “Latsio”ya gözlənilmədən 0:1 hesabı ilə məğlub olmuşdular.
“Çətin vəziyyəti tamamilə dəyişmək üçün 90 dəqiqəmiz var. Bizə soyuq başlar lazımdır, amma bununla yanaşı duyğular da. Oyunun əvvəlindən göstərməliyik ki, biz istəyirik və qol vura bilərik.
Biz Maurisio Sarrinin yaxşı təşkilatlanmış komandasını məğlub etməliyik. Ümidvarıq ki, azarkeşlər və doğma stadionun ab-havası əsas məqsədimizə – iki top fərqi ilə qələbəyə nail olmaqda bizə kömək edəcək”, – UEFA-nın mətbuat xidməti alman mütəxəssisin sözlərini sitat gətirir.
“Bayern” – “Latsio” cavab oyunu bu axşam “Alyans Arena”da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 00:00-da (6 mart) başlayacaq.


