“Yuventus”nin baş məşqçisi Tyaqo Motta Çempionlar Liqasının 1/16 final mərhələsinin PSV ilə cavab oyunundakı məğlubiyyəti şərh edib.
Arena.az məlumat verir ki, evdə 2:1 hesabı ilə qələbə qazanmış “byankoneri”, səfərdəki cavab oyununda 1:3 (əsas vaxt 1:2) hesabı ilə məğlub olaraq, Çempionlar Liqasının cari mövsümündəki çıxışına xitam verib.
Tyaqo Motta matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Birinci hissədə bir düzgün fəaliyyət göstərirdik, amma sonra qüvvətlə artırdıq və əla oyun keçirdik. İkinci hissədə bizə çətin idi, hesabı bərəbərləşdirməyimizə və saxlamalı olmağımıza rəğmən, bunu bacarmadıq. Bizim, oyuna qayıtmaq imkanlarımız vardı. Məsələn, Duşan Vlahoviçin dirəyə tuş gəlmiş zərbəsi.
Mən buraxdığımız qollardan narazıyam. Üçüncü qolla bağlı vəziyyətdə oyunun aşkar dəyişilməsi vardı, Bakayoko (Yohan Bakayoko, PSV-nin belçikalı cinah hücumçusu – redaktorun qeydi) topu cərimə meydançasında qəbul etdi. Bu səviyyədə biz daha yaxşı fəaliyyət göstərməliyik.
Biz öz ixtisaslaşma səviyyəmizi itirməmişik, biz sadəcə olaraq qalib gəlməyə çalışdıq, amma onlar bizdən yaxşı idilər və nəticədə növbəti mərhələyə keçməyə layiq oldular. Mən, hər şeyi yenə də eynilə edərdim”, – “Sky Sports” dərgisi braziliyaəsilli italiyalı mütəxəssisdən sitat gətirir.
1/8 final mərhələsinə vəsiqə qazanmış PSV bu mərhələdə “Arsenal” və ya “İnter” ilə qarşılaşacaq.


