Tyaqo Motta “Empoli”yə məğlubiyyət haqda: “Xəcalət çəkirik”

“Yuventus”un baş məşqçisi Tyaqo Motta İtaliya Kubokunun “Empoli” ilə 1/4 final mərhələsinin ev oyununda məğlubiyyətə aydınlıq gətirib.

Arena.az məlumat verir ki, “Yuve” 0:1 hesabından geri-dönüş edərək 1:1 hesablı bərabərliyi yaxalasa da, “byankoneri”nin daha artığına gücü çatmayıb.

Oyunu penaltilər silsiləsinə daşımış “Empoli” “qoca sinyora”nı 4:2 hesabıyla üstələyib.

Tyaqo Motta matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Biz xəcalət çəkirik. Mən, bizim, birinci hissədə gördüklərimizdən xəcalət çəkirəm və ümidvaram ki, mənim oyunçularım da müvafiq duyğunu yaşayırlar. Biz buna belə yanlış yanaşa bilmərik. Bu, yöndəmsiz idi və görünür, bu, mənim təqsirim idi, belə ki, mən oyunçularıma oyunun əhəmiyyətini və ya idman formasının nə demək olduğunu göstərməmişəm. Mən, bu gün öz komandamdan gördüklərimə görə xəcalət çəkirəm. Bu gün biz, mərhələni keçəcəyimizi təxmin edirdik, meydanda isə heç nə göstərmədik. Biz bir məqamda yanıldıq, o məqam ki, bu klubda buna yol vermək olmaz – məhz işə münasibətlə bağlı. Biz topu qapıçıya ən azı 20 dəfə ötür-mötür etdik, üzərimizə məsuliyyət götürərək heç irəli getmədik, daima kimisə axtarırmış kimi ətrafa göz yetirərək davrandıq. Bu, yolverilməzdir.

Biz ancaq öz azarkeşlərimizin qarşısında üzr istəyə bilərik, klubun qarşısında, bu klubun tarixinin qarşısında, çünki biz bu gün – yein dibinə batdıq” – “Football Italia” dərgisi Mottadan sitat gətirir.
Braziliyaəsilli italiyalı mütəxəssis oyunda məğlubiyyətin təqsirkarları ilə bağlı birbaşa sualı da cavablayıb:

“Mən, işlədiyim bütün klublarda heç vaxt oyunçuları tənqid etməmişəm, çünki biz məğlub olanda belə, bizim sazlanmamız əskik olub! “Uçuşumuzun” məsuliyyəti tamamilə mənim üzərimdədir. Mən – “Yuventus”un məşqçisiyəm”, deyə Motta təqsiri məhz öz boynuna aldığını başa düşməyə əsas verib.

Əlavə edək ki, “Yuventus”un uduzmasından daha çox, gözə çarpan əsas məqam “Empoli”nin İtalya A Seriyasının autsayderi olmasıdır. “Göylər” 26 oyundan 21 xalla yarış cədəvlinin 20 komandası arasında 18-ci pillədə yer alıblar. İtaliya Kubokunun yarmfinalına adlamış “Empoli” bu mərhələdə “Bolonya” ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: