15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-15) təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, U-15 millimiz Bakıda hazırlıq keçən Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə növbəti dəfə qarşılaşıb.
Binə stadionunda təşkil olunmuş görüş Aqil Nəbiyevin yetirmələrinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 5-ci dəqiqədə Həsən Mürşüdzadə, 51-ci dəqiqədə Xəzər Hüseynzadə və 81-ci dəqiqədə Murad Məmmədov vurublar.
Qeyd edək ki, komandalar arasında sentyabrın 16-da keçirilmiş ilk yoxlama oyunu 0:0 hesablı heç-heçə nəticələnmişdi.