U-17 millimiz gürcülərə 2-ci oyunda da uduzdu

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası (U-17) Bakıdakı təlim-məşq toplanışı çərçivəsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsindəki ikinci yoxlama görüşündə də Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Sözügedən komandaların görüşü “Dalğa Arena”nın ehtiyat meydanında baş tutub. Qarşılaşma Gürcüstan millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, U-17 millimiz sentyabrın 6-da baş tutmuş ilk görüşdə də Gürcüstan millisinə 0:1 hesabıyla məğlub olmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: