17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) bu gün beynəlxalq turnir çərçivəsində Moldova yığması ilə qarşılaşıb.
Arena.az xəbər verir ki, millimiz bu turnirdəki ilk sınağından məğlubiyyətlə ayrılıb.
Kişinyov şəhərindəki “Technical Center of FAM”da təşkil edilmiş qarşılaşma Moldova millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi turnir çərçivəsində daha iki oyun keçirəcək. Komandamız sentyabrın 9-da Moldovanın U-18 yığması görüşdə üz-üzə gələcək. Digər görüş isə Latviyanın U-17 yığmasına qarşı olacaq. Həmin oyunların təqvimini nəzərinizə çatdırırıq:
09.09.2026, saat 14:30 (Bakı vaxtı)
Moldova U-18 – Azərbaycan
“Technical Center of FAM”.
11.09.2026, saat 14:30 (Bakı vaxtı)
Latviya – Azərbaycan
“Technical Center of FAM”.


