“Udineze” İtaliya Kubokunda mübarizəni dayandırdı

Futbol üzrə İtaliya Kubokunda 2023/2024 mövsümünün 1/16 final mərhələsinin növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

“Cenoa” doğma meydanda “Reciana”ya qalib gəlib. Altı qolun qeydə alındığı “Leççe” – “Parma” oyununda qonaqlar qələbə sevinci yaşayıblar. “Udineze” isə “Kalyari”yə uduzaraq mübarizəni dayandırıb.

İtaliya Kubokunda 16 final mərhələsinin qalan görüşləri bu gün – 2 noyabrda keçiriləcək.

İtaliya Kuboku
1/6 final

31 oktyabr

Kremoneze – Çittadella 2:1
Salernitana – Sampdoriya 4:0
Bolonya – Verona 2:0

1 noyabr

Cenoa – Reciana 2:1
Leççe – Parma 2:4
Udineze – Kalyari 1:2

2 noyabr

21:00. Sassuolo – Spetsiya
00:00. Torino – Frozinone

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: