UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilir

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinə start veriləcək. Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qrup üzrə 8 qarşılaşma baş tutacaq.

E qrupunda “Latsio” doğma meydanda Madrid “Atletiko”sunu sınağa çəkəcəksə, “Feyenoord” da “Seltik”i qəbul edəcək.

F qrupunda İtaliyanın digər təmsilçisi “Milan” “Nyukasl”la üz-üzə gələcək. Qrupun digər oyununda Fransa nəhəngi PSJ Dortmund “Borussiya”sını sınağa çəkəcək.

G qrupunda Çempionlar Liqasının sonuncu qalibi “Mançester Siti” Serbiya təmsilçisi “Srvena Zvezda” ilə qarşılaşacaq. Qrupun digər oyunu “Yanq Boyz”la “Leypsiq” arasında baş tutacaq.

H qrupunda isə İspaniya çempionu “Barselona” “Antverpen”i, Donetsk “Şaxtyor”u da “Portu”nu qəbul edəcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun qalan oyunları sabah keçiriləcək.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi
19 sentyabr

E qrupu
23:00. “Latsio” (İtaliya) – “Atletiko” (İspaniya)
23:00. “Feyenoord” (Niderland) – “Seltik” (Şotlandiya)

F qrupu
20:45. “Milan” (İtaliya) – “Nyukasl” (İngiltərə)
23:00. PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya)

G qrupu
20:45. “Yanq Boyz” (İsveçrə) – “Leypsiq” (Almaniya)
23:00. “Mançester Siti” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya)

H qrupu
23:00. “Barselona” (İspaniya) – “Antverpen” (Belçika)
23:00. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Portu” (Portuqaliya)

Xəbəri sosial şəbəkələrdə paylaş: