Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) “Liverpul”un zərərçəkmiş azarkeşlərinə təzminat haqqı ödəyəcək.
Arena.az məlumat verir ki, söhbət “Liverpul”un “Real”la Çempionlar Liqasının 2021/2022-ci il mövsümünün “Stad de Frans” stadionundakı final oyunundan əvvəl və oyun zamanı zəif təşkilatçılıq səbəbindən “qırmızılar”ın zərər çəkmiş azarkeşlərindən gedir.
Təzminat haqqı pul ödənişini ehtiva edir. Avropanın ali futbol qurumunun müvafiq bəyanatında deyilir:
“UEFA artıq 2022-ci ilin finalından sonra müstəqil yoxlamanın tövsiyələrini yerinə yetirmək və xüsusi təzminat sxemi yaratmaq daxil olmaqla, bir sıra tədbirlər görüb. Bu Cümə günü bu, “Liverpul” azarkeşlərinə qarşılaşdıqları çətinliklər və fəsadlara görə müəyyən məbləğdə təzminat alacaqlarına zəmanət verərək daha da irəli getdi.
Artıq tərəflər bu bəyanatın şərtləri ilə bağlı razılığa gəliblər, amma onlar məxfi qalacaqlar. UEFA azarkeşlər üçün, yaranmış fəsadların sona çatacağı gözlənilən ortaq mövqeyə gəlməkdən məmnundur. UEFA bu məsələ ilə bağlı əlavə şərh verməyəcək”, qitə futbol qurumunun bəyanatında deyilir.
Xatırladaq ki, 2022-ci ildə keçirilmiş UEFA Çempionlar Liqasının final qarşılaşması stadiona biletlərin düzgün yoxlanılması mümkün olmadığı üçün planlaşdırılan vaxtdan yarım saat gec başlamışdı. 30 mindən çox azarkeş stadiona biletsiz və ya saxta biletlə gəlmişdi. Bu azarkeşlər ictimai asayişi pozmağa başlamışdılar. Bundan başqa, hər iki komandanın azarkeşləri finaldan əvvəl və sonra hücuma və qarətə məruz qalmışdılar.
“Liverpul”la “Real” arasında keçirilmiş həlledici oyun İspaniya nəhənginin 1:0 hesablı qələbəsiylə yekunlaşmışdı. Yeganə qolu 59-cu dəqiqədə Vinisius Junior rəqib qapısından keçirmişdi.


