Ukrayna – Azərbaycan: Start heyətlər açıqlandı

Dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində keçiriləcək Ukrayna – Azərbaycan matçının start heyətləri müəyyənləşib.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

D qrupunda qərarlaşmış millimiz 4-cü turun oyununa səfərdə çıxacaq. Polşadakı “Krakoviya” stadionunda keçiriləcək oyunu Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Sebastyan Qişamer olacaq.

DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
13 oktyabr

Ukrayna – Azərbaycan
Hakimlər: Sebastyan Qişamer, Roland Ridel, Santino Şrayner, Valter Altmann (Avstriya).
VAR: Manuel Şuettenqruber (Avstriya).
AVAR: Kristian-Petru Çiokirça (Avstriya).
Polşa. “Krakoviya” stadionu. Saat 22:45.

Ukrayna: 12. Anatoli Trubin, 2. Yuxim Konoplya, 8. Ruslan Malinovski, 9. Aleksey Hutsulyak, 11. Artyom Dovbik, 13. İlya Zabarnı, 15. Oleq Oçeretko, 16. Vitali Mikolenko, 18. Yeqor Yarmolyuk, 19. Nazar Voloşin, 22. Mikola Matviyenko (k).
Ehtiyat oyunçular: 1. Georgi Buşçan, 23. Dmitro Rıjnik, 3. Boqdan Mixayliçenko, 4. Aleksandr Svatok, 5. Valeri Bondar, 6. Volodimir Brajko, 7. Vladislav Vanat, 10. Mikola Şaparenko, 14. Aleksandr Nazarenko, 17. Artyom Bondarenko, 20. Vladislav Veleten, 21. İvan Kalyujnı.
Baş məşqçi: Sergey Rebrov.

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 7. Anatoli Nuriyev, 8. Emin Mahmudov (k), 13. Abbas Hüseynov, 14. Elvin Bədəlov, 15. Abdulla Xaybullayev, 17. Toral Bayramov, 19. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 2. Faiq Hacıyev, 6. Murad Xaçayev, 10. Mahir Emreli, 11. Rüstəm Əhmədzadə, 16. Rəhman Daşdəmirov, 18. Cəlal Hüseynov, 20. Səbuhi Abdullazadə, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı.
Baş məşqçi: Ayxan Abbasov.

Xəbəri sosial şəbəkələrdə paylaş: