“Alanyaspor”un mərkəz müdafiəçisi Ümit Akdağ bundan sonra Türkiyənin digər klubu “Beşiktaş”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
22 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Beşiktaş” bu transferə görə Alanya klubuna 7 milyon avro təzminat ödəyib.
Ümit Akdağ Rumıniyanın paytaxtı Buxarestdə dünyaya göz açıb və bu ölkənin vətəndaşlığını daşıyır. O, futbola da “Styaua”da başlayıb. İngiltərənin “Çelsi” klubunun akademiyasından da keçmiş Ümit 2017-ci ildə “Alanyaspor”a üz tutub. Müdafiəçi Alanya klubunun əsas komandasında 40 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib. O, bir müddət “Göztəpə”də və Fransanın “Tuluza” klubunda icarədə də olub.
Akdağ vaxtilə Rumıniyanın U-21 yığmasında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.


