İspaniya nəhəngi “Real”ın məşhur prezidenti Florentino Peres azarkeşlərə və klub üzvlərinə Milad və Yeni İl təbriklərini çatdırıb.
Arena.az “Real”ın rəsmi saytına istinadən, Peresin müvafiq xüsusda çıxışını diqqətinizə çatdırır:
“Biz, madridistlər, heç vaxt unutmayacağımız bir idman dövrü yaşayırıq. Biz indi əbədi olan çoxlu xoşbəxt anları birlikdə paylaşdıq və bu, bizim böyük məqsədimiz olaraq qalacaq: 2024-cü ildə bütün üzvlərimizin və pərəstişkarlarımızın arzularını gerçəkləşdirməyə çalışmaq. Milad bayramınız mübarək, Yeni İl hamımıza sağlamlıq, sülh, iş, xoşbəxtlik və həmrəylik gətirsin”, deyə Florentino Peres nitqini tamamlayıb.
Xatırladaq ki, “Real” italyan mütəxəssis Karlo Ançelottinin rəhbərliyi altında mövsümə iddialı başlayıb və mövsümün ilk yarısı üçün tapşırığının öhdəsindən gəlməyi bacarıq. “Kral klubu” cari mövsüm İspaniya çempionatına başçılıq edir, madridlilərin 18 turdan sonra 45 xalı var. “Real” Çempionlar Liqasının qrup mərhələsində bütün oyunlarda qələbə qazanaraq, ələmə mərhələsinə qrup qalibi kimi vəsiqə əldə edib. Həmçinin İspaniya nəhəngi Kral Kubokunda da mübarizəsini davam etdirir.


