Aprelin 23-ü və 24-ü tarixlərində Portuqaliyanın paytaxtı Lissabonda keçirilmiş VAR üzrə ilk beynəlxalq müşavirə başa çatıb.
Arena.az bu barədə UEFA-nın rəsmi sayıtna istinadən məlumat verir.
Qurumun hakimlik üzrə idarəedici direktoru, italyan mütəxəssis Roberto Rozetti tədbir haqda fikrini bildirib və həmçinin VAR-ın futbola təsiri haqda qənaətini açıqlayıb:
“İndi VAR tamamilə hakimliyə inteqrasiya olub. Bizim məqsədimiz – hər oyunda müntəzəm olmaqdır, nəinki UEFA yarışlarında, həmçinin milli komanda yarışlarının oyunlarında.
Bu, sadəcə görüş deyil, bu, futbol üçün çox vacib məqamdır, VAR üzrə dünyada ilk görüşdür. Biz müəyyən qəbildən VAR-ın, həmçinin futbolun gələcəyini tərtib edirik. Biz burada təcrübə mübadiləsi apara və müvafiq layihənin əsas hissəsi olan, kommunikasiyalar sahəsində rəhbər əsasları müəyyənləşdirə bilərik.
VAR oyuna çox müsbət təsir göstərib. Biz bilməliyik ki, bu, hələ də çox gənc layihədir və o oyunçuları qərarlaşdırmaq və müdafiə etmək nöqteyi-nəzərindən çox qüvvətlidir – ciddi qayda pozuntuları və aqressiv davranış yüksək səviyyəli futbolda indi çox nadir hallardır.
Amma biz bilirik ki, VAR-ın tətbiqi hələ də mükəmməl deyil. Təkmilləşmək üçün hələ də imkanlar var, amma ümumilikdə onun tətbiqi futbola fövqəladə faydalı olub, geriyə qayıtmaq isə artıq mümkünsüzdür”, deyə Rozetti vurğulayıb.


