“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” gənc futbolçusu Joao Vaskonselos ilə müqaviləsinin müddətini uzadıb.
Arena.az xəbər verir ki, bu barədə Portuqaliya təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Fevralda 19 yaşı tamam olacaq yarımmüdafiəçinin yeni sözləşməsi 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.
Xatırladaq ki, Joao Vaskonselos “Braqa”nın öz yetirməsidir. O, klubun əsas komandasında 10 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc oyunçu Portuqaliyanın U-15, U-16, U-17, U-18 və U-19 yığmalarında da çıxış edib.
Xatırladaq ki, “Qarabağ”la “Braqa” arasında matçlar fevralın 15-də və 22-də keçiriləcək. İlk oyun Portuqaliyada, cavab görüşü Azərbaycanda baş tutacaq.



