“Vest Hem” 30 milyonluq transferə imza atdı

İngiltərənin “Vest Hem” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Rusiyanın ÇSKA (Moskva) komandasından Nikola Vlaşiçi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xorvatiyadan olan 23 yaşlı futbolçu ilə 5+1 illik müqavilə imzalanıb.

Britaniya mətbuatının yazdığına görə, “Vest Hem” bu transferə görə 30 milyon avro ödəyəcək. ÇSKA bonuslarla əlavə 9 milyon avro qazanmaq şansına da malikdir.

Xorvatiya millisində 26 oyun keçirib, 6 qol vurmuş Vlaşiç, İngiltərədə daha öncə “Everton”un da uğurları üçün çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: