Braziliyanın “Aqiya di Maraba” klubunun sağ vingeri Joao Viktor da Silva Braqa bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Kəpəz” daha bir futbolçunun transferini reallaşdırıb. Braziliyalı futbolçu Viktor Braqa ilə 1+1 illik müqavilə imzalanıb.
23 yaşlı oyunçunun son klubu Braziliyanın D Seriyasında mübarizə aparan “Aqiya di Maraba” olub. O, “Retro”, “Sergipe”, “Vera Krus”, “Klanorte” kimi klubların da şərəfini qoruyub.
“Kəpəz” daha öncə Elmir Tağıyev (“Səbail”), Nicat Süleymanov (“Araz-Naxçıvan”), Paulo Rojerio (“Lenk”, Portuqaliya), Kərim L’Kuça (“Santa Koloma”, Andorra), Məmməd Hüseynov (“Zirə”), Lassana Ndiaye (“Botev”, Bolqarıstan), Redon Mihana (“Erzeni”, Albaniya) və İlkin Qırtımovu (“Qəbələ”) da heyətinə qatmışdı.
Yeqor Xvalko, Ehtiram Şahverdiyev, Əli Səmədov, Vurğun Hüseynov və Tural Rzayevla da yeni müqavilə imzalanıb.
Elçin Əlicanov, Vüsal Məsimov, Mate Kvirkviya, Adama Niane, Martins Junior, Olavale Onanuqa, İqor Rodriqes, Georgi Papunaşvili, Rüfət Əhmədov, Latir Fall, Amil Yunanov və Kamran İbrahimov isə Gəncə klubunu tərk ediblər.


