“İnternasional”ın müdafiəçisi Viktor Qabriel Braziliyanın Ali İdman Məhkəməsi (STJD) tərəfindən sərt şəkildə cəzalandırılıb.
Arena.az xəbər verir ki, bu barədə “The Touchline” portalı məlumat yayıb.
Xəbərdə vurğulanır ki, o, zədələdiyi rəqib futbolçu tam sağalanadək oyunlardan kənarlaşdırıb.
Hadisə “İnternasional” – “Kruzeyro” matçının 58-ci dəqiqəsində baş verib. Viktor Qabriel “Kruzeyro”nun hücumçusu Qabriel Pekə qarşı sərt müdaxilə edib və birbaşa qırmızı vərəqə alıb.
Nəticədə Pekin baldır sümüyü sınıb. Futbolçu əməliyyat olunsa da, onun bərpasının 3-4 ay davam edəcəyi bildirilir.
Məhkəmə hesab edib ki, bu cür ağır zədə fonunda 1-6 oyunluq standart diskvalifikasiya kifayət deyil. Buna görə də Viktor Qabriel zədələdiyi futbolçu yaşıl meydanlara qayıdana qədər cəzalı olacaq.
Bununla yanaşı, qərara əsasən, müdafiəçinin diskvalifikasiya müddəti maksimum 180 günü keçə bilməz.
Qeyd edək ki, bu qarşılaşma “Kruzeyro”nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.


