Vilyarexo Florentino Peresi ittiham etdi, məhkəməlik oldu

İspaniyanın sabiq polis komissarı Xose Manuel Vilyarexo “Real”ın prezidenti Florentino Peresi hakimlərə rüşvət verməkdə ittiham edib.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən Vilyarexonun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Florentino Peres hələ, “Barselona” bunu etməyə başlamazdan əvvəl hakimləri rüşvətlə ələ alırdı. Florentinonu mühakimə etməyə cəsarət edən hər kəs intihar etmiş olardı. Peresi məsuliyyətə cəlb edə biləcək heç nə yoxdur”, deyə sabiq polis komissarı çox ciddi ittihamla çıxış edib.

Xatırladaq ki, dünən, oktyabrın 2-də Vilyarexo bildirmişdi ki, “Barselona”nın sabiq prezidenti Sandro Roselə qarşı ittiham irəli sürülməsi üçün gərəkli sənədlər ona, Kataloniya klubunun hazırkı prezidenti Joan Laportanın ətrafı tərəfindən ötürülüb.

Madrid “Real”ının bu iddia ilə bağlı cavabı özünü çox gözlətməyib. “Kral klubu” məsələ ilə əlaqədar bəyanat yayıb. Bəyanatda bildirilib:

“Real”ın prezidenti Florentino Peres, Kataloniya radiosunda səsləndirilən saxta ittihamlara görə keçmiş komissar Villarexoya qarşı dərhal məhkəməyə müraciət edilməsini əmr edib”.

Xəbəri sosial şəbəkələrdə paylaş: