Moskva “Torpedo”sunun sabiq qapıçısı Vitali Botnar İngiltərə çempionu “Mançester Siti”də oynamaq istəyindən danışıb.
Arena.az bu barədə “RB Sport”a istinadən xəbər verir.
22 yaşlı Botnarın fikrincə, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın qapıçılar və onların ayaqları ilə oyununa düzgün yanaşması var.
“Ümumiyyətlə, mənim arzularımın arzusu – “Mançester Siti”də oynamaqdır. Mən orada qapıçılara yanaşmanı, ayaqlarla oyuna yanaşmanı çox bəyənirəm. Ayaqlarımla oynamağı çox sevirəm, dediyim kimi, kumirim Edersondur, o, bu işdə çox bacarıqlıdır.
Qulaq asın, İtaliyaya, İspaniyaya getməyə də cəhd etmək olar – niyə də olmasın. Bu, karyeran bitəndən sonra, özünü sınamadığın üçün peşman olmaqdan daha yaxşıdır. Bəlkə nə vaxtsa imkan olarsa, xaricə gedəcəyəm, orda da alınmasa, öz-özümə sakit ruhla deyəcəyəm – amma çalışdım, bunun nə olduğunu bilirəm. Əgər işə yarayarsa, bu, ümumiyyətlə, əntiqədir”, deyə Botnar bu xüsusda fikrini açıqlayıb.
2022/2023 mövsümündə Vitali Botnar “Torpedo”nun heyətində 4 oyun keçirib, 7 qol buraxıb, 1 oyunda qapısının toxunulmazlığını təmin edib. “Torpedo” Rusiya Premyer Liqasını sonuncu – 16-cı sırada başa vuraraq aşağı diviziona yuvarlanıb.
“Transfermarkt” internet-portalı Vitali Botnarı 300 min avro məbləğində qiymətləndirir.


