Vladimir Soufal “Vest Hem”i “Hoffenhaym”a dəyişdi

32 yaşlı çexiyalı sağ cinah müdafiəçisi Vladimir Soufal “Vest Hem”dən azad agent qismində “Hoffenhaym”a qoşulub.

Arena.az bu barədə Almaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə razılaşdırıblar.

Vladimir Soufal “Qluçin”in məzunudur. Futbolçu, karyerası ərzində “Opava” (icarə), “Slovan” (Liberets), “Slaviya” (Praqa) və “Vest Hem”də çıxış edib.

Geridə qalmış mövsümdə Soufal “Vest Hem” üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 25 oyun keçirib.

Soufal 2017-ci ilin noyabr ayında debüt etdiyi Çexiya yığmasının heyətində 55 oyuna çıxıb, 1 qol vurub, 12 məhsuldar ötürmə verib.

Müdafiəçi “Slaviya” ilə Çexiya çempionluğunu (2018/2019, 2019/2020, 2021), “Slovan”la Çexiya Kubokunun (2014/2015) və “Vest Hem”lə Konfrans Liqasını (2022/2023) qazanıb.

“Transfermarkt” internet-portalı 32 yaşlı çex sağ cinah müdafiəçisinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: