Voleybol: Kişilər arasında Azərbaycan çempionatı sabah başlayır

Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının 2023/2024 mövsümünə sabah – noyabrın 16-da start veriləcək.

Arena.az xəbər verir ki, mövsümün və 1-ci turun ilk oyununda “Neftçi” və “Murov Az Terminal” komandaları üz-üzə gələcəklər.

Bu qarşılaşmaya saat 15:00-da start veriləcək. Saat 17:30-da isə “Azərreyl” və MOİK komandaları görüşəcəklər.

Hər iki matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: