Voleybol millilərimizin oyunlarının təqvimi bilindi

Azərbaycanın qadınlardan və kişilərdən ibarət voleybol millilərinin Avropa Qızıl və Gümüş liqalarındakı oyunlarının təqvimi açıqlanıb.

Arena.az Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hər iki yarış üç turdan ibarət olacaq.

Bütün turların nəticələri bir turnir cədvəlində toplanacaq. Yekunda ilk 4 yeri tutacaq yığmalar “Dördlər finalı”na yüksələcəklər. Qadınların yarışında 12, kişilərin mübarizəsində isə 8 ölkənin millisi iştirak edəcək.

Avropa Qızıl Liqasında çıxış edəcək qadınlardan ibarət millimizin rəqibləri Macarıstan, Sloveniya, Slovakiya, Monteneqro, Rumıniya və Xorvatiya olacaq.

Avropa Gümüş Liqasına qatılacaq kişilərdən ibarət yığmamız isə Gürcüstan, İsveç, Macarıstan, Lüksemburq, Avstriya və Farer adaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, qadınların Qızıl Liqasının ilk turu, kişilərin Gümüş Liqasının isə ikinci turu Bakıda baş tutacaq. Oyunların keçirilmə saatı yerli vaxtla göstərilib.

Avropa Qızıl Liqası (qadınlar)

1-ci turnir (Azərbaycan)

30 may
18:00. Macarıstan – Azərbaycan

31 may
18:00. Sloveniya – Macarıstan

1 iyun
18:00. Azərbaycan – Sloveniya

Oyunlar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

2-ci turnir (Slovakiya)

6 iyun
20:00. Azərbaycan – Slovakiya

7 iyun
18:00. Monteneqro – Azərbaycan

8 iyun
18:00. Slovakiya – Monteneqro

3-cü turnir (Xorvatiya)

13 iyun
16:30. Azərbaycan – Xorvatiya

14 iyun
16:30. Rumıniya – Azərbaycan

15 iyun
16:30. Xorvatiya – Rumıniya

Avropa Gümüş Liqası (kişilər)

1-ci turnir (İsveç)

6 iyun
17:00. Azərbaycan – İsveç

7 iyun
17:00. Gürcüstan – Azərbaycan

8 iyun
17:00. İsveç – Gürcüstan

2-ci turnir (Azərbaycan)

13 iyun
18:00. Lüksemburq – Azərbaycan

14 iyun
18:00. Macarıstan – Lüksemburq

15 iyun
18:00. Azərbaycan – Macarıstan

3-cü turnir (Farer adaları)

20 iyun
19:00. Azərbaycan – Farer adaları

21 iyun
17:00. Avstriya – Azərbaycan

22 iyun
17:00. Farer adaları – Avstriya

Xəbəri sosial şəbəkələrdə paylaş: