Voleybol millimiz Avroliqada bu heyətlə çıxış edəcək

Voleybol üzrə Avropa Qızıl Liqasında mübarizə aparacaq qadınlardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, baş məşqçi Faiq Qarayevin, köməkçi məşqçilər Famil Ağayev və Emin Əbilovun rəhbərliyi altında çıxış edəcək heyətdə bu idmançılara yer verilib:

Hücumçular: Nikalina Başnakova, Anastasiya Baydyuk, Kseniya Pavlenka, Ülkər Kərimova, Yelizaveta Burkova;

Blokçular: Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova;

Toppaylayıcılar: Yana Doroşenko, Raziyə Əliyeva, Valeriya Burkova;

Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova;

Xatırladaq ki, Azərbaycan millisi ilk oyunlarını Bakıda keçirəcək. Mayın 30-da və iyunun 1-də baş tutacaq bu görüşlərdə rəqiblər Macarıstan və Sloveniya yığma komandaları olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: