“Volfsburq” Van Bommeli baş məşqçi təyin etdi

Almaniyanın “Volfsburq” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisini bundan sonra niderlandlı mütəxəssis Mark van Bommel çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 44 yaşlı mütəxəssislə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

Mark Van Bommel son olaraq Niderlandın PSV komandasında baş məşqçilik edib. O, Avstraliya və Birləşmiş Ərəb Əmirlikləri yığmalarında assistent kimi də çalışıb.

“Volfsburq”u geridə qalan mövsümdə Oliver Qlasner çalışdırırdı. Onun rəhbərliyi altında komanda Bundesliqada geridə qalan mövsümü 4-cü pillədə başa vurub və UEFA Çempionlar Liqasında oynamaq hüququ qazanıb. Qlasner bu uğura rəğmən, sözügedən komandadan ayrılıb və Avropa Liqasında mübarizə aparacaq Frankfurt “Ayntraxt”ı ilə müqavilə bağlayıb.