“Vulverhempton” portuqaliyalı vingerlə gücləndi

İngiltərənin “Vulverhempton” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi portuqaliyalı yarımmüdafiəçi Çikinyonu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi Portuqaliyanın “Eştoril” klubundan transfer olunub. “Vulverhempton” bu transferə görə sözügedən kluba 3.5 milyon avro ödəyib. Futbolçunun özü isə yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.

Portuqaliyanın “Sportinq” klubunun yetirməsi olan Çikinyo, 2019-cu ildə “Eştoril”ə keçib. O, 2017/2018 mövsümündə də icarə əsasında bu klubda forma geyinib. Portuqaliyanın U-21 yığmasının da üzvü olan vinger, bir müddət “Tondela”da da çıxış edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: