Yarımmüdafiəçi Vüqar Mustafayev “Sumqayıt”ın heyətində Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Arena.az xəbər verir ki, onun yubileyi futbol üzrə Azərbaycan Premyer Liqasının 7-ci turuna təsadüf edib.
29 yaşlı futbolçu “Turan Tovuz”la ev matçına (0:0) kapitan sarğısı ilə çıxıb. Vüqar 2019/2020 mövsümündən şərəfini qoruduğu “Sumqayıt”ın heyətində qol hesabını açmayıb. Mustafayev klub tarixində Premyer Liqada 100 və daha çox matç keçirən 5-ci oyunçudur.
Xatırladaq ki, sumqayıtlılar 2011/12 mövsümündən yüksək dəstədə mübarizə aparırlar.
“Bakı”nın yetirməsi olan Vüqar Mustafayev karyerası ərzində “Simurq”, “Qarabağ” və “Zirə”də də forma geyinib. O, Azərbaycan milli komandasında da 4 oyun keçirib.


